Bakının Bəşir Bünyadov küçəsində təmir işləri aparılacaq

İnfrastruktur
  • 21 oktyabr, 2026
  • 17:07
Bakının Bəşir Bünyadov küçəsində təmir işləri aparılacaq

Bakının Sabunçu rayonunun Bəşir Bünyadov küçəsinin Koroğlu metro stansiyasından (Piramida tərəf) Heydər Əliyev prospektinədək olan hissəsində və Bakıxanov qəsəbəsi istiqamətində təmir işləri aparılacaq.

Bu barədə "Report"a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Məlumata əsasən, təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə 21 oktyabr saat 23:00-dan 22 oktyabr saat 08:00-dək, 22 oktyabr saat 23:00-dan 23 oktyabr saat 08:00-dək, 23 oktyabr saat 23:00-dan 24 oktyabr saat 08:00-dək tam məhdudiyyət tətbiq olunacaq.

"Sürücülərdən əvvəlcədən alternativ yollardan istifadə etmələri, hərəkət zamanı diqqətli olmaları və aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur", - AAYDA-dan qeyd edilib.

44 filmi