ABŞ Somaliyə zərbələr endirib, İŞİD lideri və silahlılar zərərsizləşdirilib - YENİLƏNİB

ABŞ Somaliyə zərbələr endirib, İŞİD lideri və silahlılar zərərsizləşdirilib - YENİLƏNİB ABŞ mayın 31-də Somaliyə hava zərbəsi endirib.
Digər ölkələr
16 İyun , 2024 00:44
ABŞ Somaliyə zərbələr endirib, İŞİD lideri və silahlılar zərərsizləşdirilib - YENİLƏNİB

ABŞ hərbçiləri İŞİD terror qruplaşmasının lideri Abdulkadir Muminin olduğu yerə zərbə endiriblər.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Telekanalın məlumatında qeyd olunur ki, Mumi terror təşkilatının elan olunmamış ali lideridir.

Bundan əvvəl ABŞ-də Tacikistanın səkkiz vətəndaşının tutulduğu, onların İŞİD terror qruplaşması ilə əlaqədə şübhəli bilindikləri xəbər verilib. Telekanalın məlumatına görə, müttəhimlər üç şəhərdə - Los-Anceles, Nyu-York və Filadelfiyada Federal Təhqiqat Bürosunun (FTB) reydləri zamanı həbs edilib.

Qeyd olunur ki, saxlanılanların hamısı ABŞ-yə Meksikadan - ölkənin cənub sərhədindən daxil olub. Onlardan ikisi ABŞ-yə 2023-cü ilin yazında gəlib. Mənbələr NBC-yə FTB-nin şübhəliləri bir neçə ay izlədiyini söyləyib. Buna baxmayaraq, Tacikistan vətəndaşlarına qarşı hələ ittiham irəli sürülməyib və saxlanılma miqrasiya qanunlarının pozulması ilə əlaqələndirilib.

15.06.2024.19:45

ABŞ mayın 31-də Somaliyə hava zərbəsi endirib.

"Report" xəbər verir ki, bu barədə NBC televiziya şirkəti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Vaşinqtonun hədəfi qruplaşmanın yerli qolunun lideri Əbdülkadir Mumin olub.

Bosaso şəhərindən 81 km aralıda silahlıların olduğu obyektlərə hava zərbəsi endirilib, təşkilatın üç üzvü zərərsizləşdirilib.

Lakin ABŞ hələ Muminin ölümünü təsdiqləməyib.

Son xəbərlər

Orphus sistemi