ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır

ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.
Digər ölkələr
13 Sentyabr , 2018 20:23
ABŞ Rusiyaya qarşı daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır

Bakı. 13 sentyabr. REPORT.AZ/ ABŞ bu ilin noyabr ayından Rusiyaya qarşı yeni və daha sərt sanksiyalar tətbiq etməyə hazırlaşır.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasında dinləmələr zamanı dövlət katibinin köməkçisi Manişa Sinqh bildirib.

Onun sözlərinə görə, buna səbəb Rusiyanın öz ərazisində kimyəvi və bioloji silah istehsalı ilə bağlı obyektlərdə təftişə yol verməməsidir. 

M.Sinqh qeyd edib ki, daha əvvəl birinci mərhələ sanksiyalar nəticəsində Rusiya on milyardlarla dollar həcmində maliyyə itkiləri ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi