ABŞ Rusiyanın Suriyaya dair danışıqlar təklifini nəzərdən keçirir

ABŞ Rusiyanın Suriyaya dair danışıqlar təklifini nəzərdən keçirir ABŞ Dövlət katibi Con Kerri təklif haqda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqların bir gün sonra açıqlama verib
Digər ölkələr
17 Sentyabr , 2015 00:11
ABŞ Rusiyanın Suriyaya dair danışıqlar təklifini nəzərdən keçirir

Bakı. 17 sentyabr. REPORT.AZ/ Birləşmiş Ştatlar Moskvanın Suriya prezidenti Bəşar Əl-Əsədə dəstəyinin müharibəni qızışdıra bilməsinə dair xəbərdarlığına baxmayaraq, Suriya münaqişəsi ilə bağlı ki ölkə arasında hərbi danışıqların aparılmasına dair Rusiyanın təklifini nəzərdən keçirir. "Report" "Amerikanın Səsi"nə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Con Kerri təklif haqda Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla danışıqların bir gün sonra açıqlama verib. 

ABŞ-ın baş diplomatı bu fikrə müsbət yanaşdığını bildirib. O deyib ki, Ağ Ev, Dövlət Departamenti və ABŞ-ın müdafiə rəsmiləri bu təklifi Suriyada hərbi mövcudluğunu artımasından sonra Rusiyanın niyyətlərinin tam aydın olmamasına görə nəzərdən keçirmək istəyir.

“Buna görə danışıqlar olmalıdır. Anlaşılmazlıq və səhvlərə yol verməmək, yanlışlığa yol verərək özümüzü çətin vəziyyətə qoymamaq üçün bu vacibdir”-  deyə o bildirib.

Con Kerri Moskvanın Suriyada müdaxiləsilə bağlı Lavrova xəbərdarlıq etdiyini deyib:”Mən aydın bildirdim ki, Rusiyanın Əsədə dəstəyi artırması münaqişənin qızışdırılmasına və ekstremizmə qarşı bizim bölüşdüyümüz məqsədə nail olmağımıza mane olur.”

Son xəbərlər

Orphus sistemi