ABŞ Qırmızı dəniz üzərində husilərin dronunu vurub

ABŞ Qırmızı dəniz üzərində husilərin dronunu vurub ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində "Ansar Allah" hərəkatının husi üsyançılarının pilotsuz təyyarəsini zərərsizləşdirib.
Digər ölkələr
7 May , 2024 07:29
ABŞ Qırmızı dəniz üzərində husilərin dronunu vurub

ABŞ Silahlı Qüvvələri Qırmızı dəniz üzərində "Ansar Allah" hərəkatının husi üsyançılarının pilotsuz təyyarəsini zərərsizləşdirib.

"Report" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

Qeyd edilir ki, ABŞ-nin hərbi qüvvələri İranın dəstəklədiyi husi silahlılarının Qırmızı dəniz üzərində pilotsuz uçuş aparatını vurub.

Komandanlıq pilotsuz təyyarənin ABŞ hərbi gəmiləri və bölgədəki ticarət gəmiləri üçün təhlükə yaratdığını iddia edib.

Son xəbərlər

Orphus sistemi