ABŞ Qəzzada vəziyyəti nizamlamaq üçün Yaxın Şərqə nümayəndələr göndərib

ABŞ Qəzzada vəziyyəti nizamlamaq üçün Yaxın Şərqə nümayəndələr göndərib ABŞ nümayəndələri Qəzza zolağında vəziyyətin nizamlanması üzrə məsləhətləşmələrdə iştirak etmək üçün Yaxın Şərqdə səfərdədirlər və münaqişə tərəfləri arasında mübahisəli detalları razılaşdırmağa çalışırlar.
Digər ölkələr
12 İyul , 2024 04:30
ABŞ Qəzzada vəziyyəti nizamlamaq üçün Yaxın Şərqə nümayəndələr göndərib

ABŞ nümayəndələri Qəzza zolağında vəziyyətin nizamlanması üzrə məsləhətləşmələrdə iştirak etmək üçün Yaxın Şərqdə səfərdədirlər və münaqişə tərəfləri arasında mübahisəli detalları razılaşdırmağa çalışırlar.

"Report" "Əl-Cəzirə" telekanalına istinadən xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

Kirbinin sözlərinə görə, HƏMAS ilə İsrail arasında razılaşdırılmalı olan həll olunmamış məsələlər.

Ağ Ev rəsmisi bildirib ki, bir qrup amerikalı tərəflərlə müzakirələr aparmaq üçün hələ də regiondadır və müəyyən məqamların razılaşdırıla biləcəyinə əmin olmaq üçün görüşlər keçirir.

Kirbi qeyd edib ki, məsləhətləşmələrdə iştirak edən tərəflər razılığa yaxındırlar, lakin hələ ki, buna nail olmayıblar.

Son xəbərlər

Orphus sistemi