ABŞ, Qətər və İsrail rəsmiləri girov mübadiləsini müzakirə edib.
“Report” “TRTHaber”ə istinadən xəbər verir ki, görüşün Polşanın paytaxtı Varşavada keçirildiyi bildirilib.
Məlumata görə, İsrail Xarici Kəşfiyyat Xidmətinin (Mossad) rəhbəri David Barnea, Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman əl-Tani və ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam (Bill) Börns İsrail və HƏMAS arasında girovların yeni mübadiləsi sazişini müzakirə etmək üçün görüşüblər.
Qeyd edək ki, noyabrın 24-də Qətər və Misirin vasitəçiliyi ilə İsraillə HƏMAS arasında toqquşmalarda humanitar atşkəs elan olunmuşdu. Noyabrın 24-də başlayan bu tədbir çərçivəsində Qəzza zolağından 83 israilli, İsrail həbsxanalarından isə 240 fələstinli məhbus qarşılıqlı olaraq azad edilib.