ABŞ prezidenti iki iş üzrə oğlunu əfv edib

ABŞ prezidenti iki iş üzrə oğlunu əfv edib ABŞ prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib.
Digər ölkələr
2 Dekabr , 2024 05:17
ABŞ prezidenti iki iş üzrə oğlunu əfv edib

ABŞ prezidenti Cozef Bayden iki məhkəmə işi üzrə oğlu Hanteri əfv etmək qərarına gəlib.

“Report” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti tərəfindən yayılan Amerika liderinin bəyanatında deyilir.

Sənəddə deyilir: “Bu gün mən oğlum Hanter üçün əfv imzaladım”.

Söhbət Delaver və Kaliforniya ştatlarında gedən proseslərdən gedir. Delaver ştatında Hanter Baydenə silah alışı ilə bağlı ittiham irəli sürülüb. O, günahkar bilinib.

Kaliforniyada amerikalı liderin oğlu vergidən yayınmada günahını etiraf edib. Amerika lideri dəfələrlə oğlunun əfv edilməsi ehtimalını istisna edib.

Hanter Bayden 2018-ci ildə narkotik maddənin təsiri altında odlu silah alması ilə bağlı üç ağır maddə üzrə təqsirli bilinib. O, həmçinin vergidən yayınma ilə bağlı irəli sürülmüş 9 ittiham üzrə məhkəmədə təqsirli olduğunu etiraf edib. Silah alışı ittihamı üzrə onun həbsi dekabrın 13-nə, vergi məsələsi ilə bağlı dekabrın 16-na nəzərdə tutulmuşdu.

Son xəbərlər

Orphus sistemi