ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi

ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, yalnız NATO ölkələri deyil, bütün müttəfiq dövlətlər ÜDM-nun 2 faizini müdafiə xərclərinə, ilk növbədə Rusiya və Çinin qarşısını almaq üçün ayırmalıdır.
Digər ölkələr
20 Oktyabr , 2020 22:37
ABŞ müttəfiqlərindən müdafiə xərclərini artırmağı tələb etdi
Mark Esper

ABŞ-ın Müdafiə naziri Mark Esper bildirib ki, yalnız NATO ölkələri deyil, bütün müttəfiq dövlətlər ÜDM-nun 2 faizini müdafiə xərclərinə, ilk növbədə Rusiya və Çinin qarşısını almaq üçün ayırmalıdır.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

“COVID-19 pandemiyasının çağırışlarını və çətinliklərini anlayırıq, lakin bu gün təhdidlərimiz azalmayıb. Əksinə, ölkələr daxili vəziyyəti yaxşılaşdırmaq üçün yollar axtardıqca vəziyyət pisləşdi. Eyni zamanda, rəqiblərimiz bundan istifadə etməyə çalışırlar.

Buna görə, bütün (NATO - Red) üzv ölkələri öz öhdəliklərinə əməl etməyə və ümumi təhlükəsizliyimizə daha çox töhfə verməyə çağırırıq. Bu, NATO-nu da əhatə edir. Bütün müttəfiqlərin müdafiə sahəsinə daha çox vəsait ayırmağı gözləyirik - ən azı ÜDM-nin 2 faizini”, - deyə o bildirib.

Son xəbərlər

Orphus sistemi