ABŞ prezidenti Co Bayden və xanımı Cill ötən il ərzində təxminən 600 min ABŞ dolları qazanıb, halbuki vitse-prezident Kamala Harris və əri Daq Emxoff demək olar, 3 dəfə çox qazanc əldə edib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu, Ağ Ev tərəfindən elan edilmiş vergi bəyannamələrində əksini tapıb.
Bazar ertəsi ABŞ-da federal vergi bəyannamələrinin verilməsi üçün son müddət başa çatıb. Müddət koronavirus epidemiyasına görə 1 ay uzadılıb.
Bəyannamələrə əsasən, prezidentlə xanımı 607 336 ABŞ dolları qazanıblar və 157 414 dollar (25,9%) gəlir vergisi ödəyiblər. Onlar həmçinin xeyriyyəçiliyə 30 704 dollar xərcləyiblər. Cütlük həmçinin Baydenin 2015-ci ildə ölən oğlu Bo Baydenin adına fonda 10 min dollarlıq qəbz yazıb.
Federal vergidən başqa, prezident və birinci xanım Delaver ştatına 29 min dollar, Virciniya ştatına 443 dollar ödəyiblər.
Kamala Harris və əri 2020-ci ildə 1 695 225 dollar qazanıblar və effektiv faiz dərəcəsi ilə 621 893 dolları məbləğində federal gəlir vergisi ödəyiblər.