Bakı. 20 sentyabr. REPORT.AZ/ ABŞ-da qəzaya uğramış Hərbi Hava Qüvvələrinə məxsus "U-2" kəşfiyyat təyyarəsinin pilotu ölüb.
"Report"un məlumatına görə, bu barədə "Associated Press" Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumata görə, təyyarənin digər pilotu da qəza zamanı xəsarət alıb.
Qeyd edək ki, dünən ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "U-2" kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.
Hadisə Kaliforniya ştatında baş verib.
***23:13
ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus "U-2" kəşfiyyat təyyarəsi qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Hərbi Hava Qüvvələrinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Məlumatda bildirilir ki, hadisə Kaliforniya ştatında baş verib.
Kəşfiyyat təyyarəsinin təlim zamanı qəzaya uğradığı bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır. Qəza zamanı ölən olmayıb.