​ABŞ-ın yoxa çıxmış hərbi yük təyyarəsi tapılıb - YENİLƏNİB

​ABŞ-ın yoxa çıxmış hərbi yük təyyarəsi tapılıb - YENİLƏNİB Təyyarənin radardan itməsinə səbəb kimi texniki nasazlıq göstərilib
Digər ölkələr
29 Aprel , 2015 14:16
​ABŞ-ın yoxa çıxmış hərbi yük təyyarəsi tapılıb - YENİLƏNİB

ilk xəbər 12:11-də yayımlanıb

Bakı. 29 aprel. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "S-135" hərbi yük təyyarəsi tapılıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, təyyarə uğurla eniş edib.

Təyyarənin radardan itməsinə səbəb kimi texniki nasazlıq göstərilib.

Məlumata görə, "S-135" hazırda Britaniya Hərbi Hava Qüvvələrinin Saffolk qraflığındakı bazasındadır. 

***

Bakı. 29 aprel. REPORT.AZ/ ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "S-135" hərbi-nəqliyyat təyyarəsi La-Manş boğazının hava məkanında uçarkən yoxa çıxıb. "Report" xəbər verir ki, bu haqda "Daily Express" məlumat yayıb.

Xəbərə görə, təyyarə Fransanın Amyon şəhərindən havaya qalxıb. Məlumatda bildirilib ki, təyyarə radarlardan itməzdən öncə fövqəladə vəziyyət siqnalı verib. "S-135"in çənində 117 ton yanacaq var.

ABŞ Hərbi Hava Qüvvələri hadisə ilə bağlı məlumatı şərh etməyib. 

Son xəbərlər

Orphus sistemi