ABŞ-ın hava zərbəsi nəticəsində Əfqanıstanda İŞİD-in iki başçısı məhv edilib

ABŞ-ın hava zərbəsi nəticəsində Əfqanıstanda İŞİD-in iki başçısı məhv edilib ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının iki başçısı zərərsizləşdirilib.
Digər ölkələr
28 Avqust , 2021 19:18
ABŞ-ın hava zərbəsi nəticəsində Əfqanıstanda İŞİD-in iki başçısı məhv edilib

ABŞ-ın Əfqanıstana endirdiyi hava zərbəsi nəticəsində İŞİD terror qruplaşmasının iki başçısı zərərsizləşdirilib.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, hava zərbəsi zamanı dinc sakinlər arasında tələfat və ya xəsarət alan olmayıb. Pentaqon təmsilçisi, general-mayor Uilyam Teylor bildirib ki, hava zərbəsi nəticəsində həmçinin daha 1 terrorçu yaralanıb.

"Mən yeni informasiyanın daxil olması ilə təsdiq edə bilərəm ki, İŞİD-in iki yüksək vəzifəli üzvü öldürülüb, biri yaralanıb. Bizə mülki əhali arasında itkilərin olmaması məlumdur", - o Pentaqonda keçirdiyi brifinqdə deyib.

Qeyd edək ki, ABŞ hərbçiləri ötən gün pilotsuz uçuş aparatından zərbə nəticəsində bir terrorçunun öldürüldüyünü bildiriblər.
Pentaqon həmçinin Əfqanıstandan 5,4 min nəfər amerikalının təxliyə edildiyini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi