ABŞ dövlət katibinin köməkçisi Türkmənistanda səfərdədir
- 03 noyabr, 2026
- 18:05
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ dövlət katibinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçisi Pol Kapur Türkmənistana səfər edib.
"Report" xəbər verir ki, bu barədə TASS ABŞ-nin Aşqabaddakı səfirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Dövlət katibi Marko Rubionun Mərkəzi Asiyaya tarixi səfərindən sonra dövlət katibinin köməkçisi Kapurun bu səfəri ABŞ-Türkmənistan münasibətlərinin müsbət dinamikasını möhkəmləndirir. Diqqət mərkəzində işgüzar əlaqələrin, enerji əməkdaşlığının və regional bağlılığın genişləndirilməsi imkanları dayanır", - səfirliyin məlumatında bildirilib.
ABŞ dövlət katibi Marko Rubio oktyabr ayında Səmərqəndə (Özbəkistan) səfər edib, burada ABŞ və Mərkəzi Asiya ölkələrinin xarici işlər nazirlərinin "C5+1" formatında görüşü keçirilib. "C5+1" - ABŞ-nin Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla kollektiv qarşılıqlı fəaliyyət mexanizmidir.