ABŞ-də gecə klubunda atəş açılıb, azı 3 nəfər ölüb

Digər ölkələr
  • 21 may, 2023
  • 12:31
ABŞ-də gecə klubunda atəş açılıb, azı 3 nəfər ölüb

ABŞ-nin Missuri ştatının Kanzas-Siti şəhərində gecə klubunda açılan atəş nəticəsində azı 3 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb.

Bildirilib ki, daha 2 nəfər yaralanıb və xəstəxanaya qaldırılıb.

Olayın başqa təfərrüatları verilməyib.