ABŞ-da ticarət mərkəzində baş verən atışmada ölənlərin sayı artıb - YENİLƏNİB - 2

ABŞ-da ticarət mərkəzində baş verən atışmada ölənlərin sayı artıb - YENİLƏNİB - 2 ABŞ-ın Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib, bir neçə nəfər yaralanıb.
Digər ölkələr
7 May , 2023 09:30
ABŞ-da ticarət mərkəzində baş verən atışmada ölənlərin sayı artıb - YENİLƏNİB - 2

ABŞ-ın Texas ştatının Allen şəhərində yerləşən ticarət mərkəzinin yaxınlığında baş verən silahlı insident nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb.

Bu barədə “Report” “CNN”ə istinadən xəbər verir.

Qeyd olunub ki, şəhər yanğınsöndürmə xidmətinin rəisi Conatan Boyd jurnalistlərə bildirib ki, yeddi nəfər hadisə yerində keçinib, iki nəfər isə xəstəxanaya aparılarkən yolda ölüb.

Daha 7 nəfər güllə yarası alıb, onlardan üçünün vəziyyəti ağır, dördünün vəziyyəti stabildir.

Hadisə şahidləri bildirib ki, atəş açan şəxs sadəcə olaraq səki ilə addımlayıb və ticarət mərkəzinə tapançadan atəş açıb.

Allen Polis rəisi Brayan Harvi vurğulayıb ki, hücum edən şəxs hadisə yerində olan polis tərəfindən zərərsizləşdirilib.

05:02

ABŞ-ın Texas ştatının Allen şəhərində ticarət mərkəzində atışma nəticəsində bir neçə nəfər ölüb.

“Report” xəbər verir ki, bu barədə polis və yerli administrasiyanın məlumatlarına istinadən CNN məlumat yayıb.

Telekanalın məlumatına görə, hadisə “Allen Premium Outlets” ticarət mərkəzində baş verib. Şahidlərdən biri bildirib ki, binada 30-a yaxın atəş açılıb, bundan sonra təcili təxliyə təşkil edilib.

Hüquq-mühafizə orqanlarının ilkin məlumatlarına görə, insident zamanı 8 nəfər həlak olub, onların arasında uşaqlar da ola bilər. Qeyd edilir ki, onlardan 6-sı hadisə yerində, ikisi xəstəxanaya aparılakən ölüb. Atışma zamanı azı səkkiz nəfər yaralanıb, onlar xəstəxanaya çatdırılıb.

Polis bölməsinin məlumatında bildirilir ki, kütləvi atışmada şübhəli bilinən şəxs eyni ticarət mərkəzində ölü tapılıb.

03:22

ABŞ-ın Texas ştatının Allen şəhərindəki ticarət mərkəzində atışma baş verib, bir neçə nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.

Zərərçəkənlərin sağlamlıq durumu barədə məlumat verilmir.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Polis vətəndaşlardan hadisə yerinə yaxınlaşmamağı xahiş edib. Qeyd edilir ki, atəş açan şəxs zərərsizləşdirilib.

Son xəbərlər

Orphus sistemi