ABŞ-da sinaqoqda insanları girov götürən şəxs ölüb

ABŞ-da sinaqoqda insanları girov götürən şəxs ölüb ABŞ-ın Texas ştatının Kollivil şəhəri polisi sinaqoqda şübhəli bilinən şəxsin öldüyünü təsdiqləyib.
Digər ölkələr
16 Yanvar , 2022 09:05
ABŞ-da sinaqoqda insanları girov götürən şəxs ölüb

ABŞ-ın Texas ştatının Kollivil şəhəri polisi sinaqoqda şübhəli bilinən şəxsin öldüyünü təsdiqləyib.

Bu barədə "Report" CNN-ə istinadən xəbər verir.
Bundan əvvəl Texasın qubernatoru Qreq Ebbot Kollivilldəki sinaqoqda girov götürülənlərin hamısının azad edildiyini, onların xəsarət almadıqlarını bildirib. “Fort Worth Star-Telegram” konqresmen Beth van Dyne-ə istinadən məlumat verib ki, girov götürülən şəxs ölüb.
"Təxminən (yerli vaxtla-red) saat 21:00 radələrində girovların xilasetmə qrupu sinaqoqa daxil olub, onlar üç girovu xilas ediblər. Şübhəli şəxs ölüb", - Kollivilin polis rəisi Maykl Miller deyib.

Daha əvvəl bildirilirdi ki, silahlı şəxs dörd nəfəri, o cümlədən ravvini girov götürmüşdü.

07:44

ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda naməlum şəxsin girov götürdüyü insanların hamısı azad edilib.

“Report” xəbər verir ki, bunu Texas ştatının qubernatoru Qreq Ebbot deyib.

Onun sözlərinə görə, sinaqoqda olanların heç biri xəsarət almayıb.

“Dualar qəbul olundu. Bütün girovlar azaddırlar, onlar sağdırlar və xəsarət almayıblar”, - deyə o, tviterdə yazıb. Məlumatı tezliklə şəhər polisi də təsdiqləyib.

02:12

ABŞ-ın Texas ştatının Kollivill şəhərində sinaqoqa gələnləri girov götürən şəxs terrorizmdə təqsirli bilinən bacısının azad edilməsini tələb edib.

Bu barədə “Report” “ABC News”a istinadən xəbər verir.

Qeyd olunub ki, cinayətkarın ehtimal edilən bacısı Amerika əsgərini öldürməyə cəhddə günahkar bilinib.

“Silahlı şəxs üzərində partlayıcı qurğuların olduğunu iddia edir. O, ravvin və daha üç nəfəri girov saxlayır”, - telekanal vəziyyətlə tanış olan mənbəyə istinadən bildirib. Ehtimal edilir ki, girov götürən şəxs terrorizmdə təqsirli bilinən Aafiya Saddikinin qardaşıdır.  

Cinayətkarın bacısı “Əl-Qaidə” terror qruplaşması ilə əlaqədə olmaqda şübhəli bilinirdi və Amerika əsgərinə hücum etmək, onu öldürməyə cəhdə görə 86 il azadlıqdan məhrum edilib.

Məlumata görə, adı açıqlanmayan şəxslə Federal Təhqiqat Bürosunun əməkdaşı əlaqə saxlayıb. Girovların vəziyyəti Ağ Ev tərəfindən nəzarətdə saxlanılır.

00:05

ABŞ-ın Texas ştatının Kollivill şəhərindəki sinaqoqda silahlı şəxs insanları girov götürüb.

Bu barədə “Report” RİA “Novosti”yə istinadən xəbər verir.

Qeyd olunub ki, hadisə yerinə xüsusi təyinatlı polis qüvvələri və Federal Təhqiqat Bürosunun əməkdaşları cəlb olunub.

“ABC” telekanalı bildirib ki, silahlı şəxs dörd nəfəri, o cümlədən bir ravvini girov götürüb.

Girov götürən şəxsdə partlayıcı qurğuların olduğunu iddia edilir. Cinayətkar terrorizmdə təqsirli bilinən bacısının həbsdən azad edilməsini tələb edir.

Son xəbərlər

Orphus sistemi