ABŞ-da qar fırtınasında ölənlərin sayı 57-yə çatıb

ABŞ-da qar fırtınasında ölənlərin sayı 57-yə çatıb ABŞ-ı bürüyən qar fırtınası və soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.
Digər ölkələr
27 Dekabr , 2022 12:05
ABŞ-da qar fırtınasında ölənlərin sayı 57-yə çatıb

ABŞ-ı bürüyən qar fırtınası və soyuq hava şəraiti nəticəsində ölənlərin sayı 57 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Əlverişsiz hava şəraiti nəticəsində Kolorado, İllinoys, Kanzas, Kentukki, Miçiqan, Missuri, Nebraska, Ohayo, Oklahoma, Tennessi, Viskonsin və Nyu-York ştatlarında insan ölümü qeydə alınıb. Təkcə Nyu-Yorkda 27, Buffaloda 18 nəfər ölüb.

Xatırladaq ki, ABŞ Prezidenti Cozef Bayden Nyu-York ştatında qar fırtınası ilə əlaqədar fövqəladə vəziyyət elan edib.

Son xəbərlər

Orphus sistemi