Çexiya prezidenti motosiklet sürərkən xəsarət alıb

Çexiya prezidenti motosiklet sürərkən xəsarət alıb Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və o, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.
Digər ölkələr
23 May , 2024 23:25
Çexiya prezidenti motosiklet sürərkən xəsarət alıb

Çexiya prezidenti Petr Pavel motosiklet sürərkən xəsarət alıb və o, Praqada Mərkəzi Hərbi Hospitalda müalicə olunur.

“Report” xəbər verir ki, bu barədə Çexiya dövlət başçısının administrasiyası “X” sosial hesabında məlumat yayıb.

Administrasiya daha sonra baş verənlərlə bağlı ictimaiyyətə ətraflı məlumat verəcəyini bəyan edib.

2024-cü ildə 63 yaşı tamam olacaq Pavel avtomobil həvəskarıdır. Boş vaxtlarında motosiklet sürməyi də xoşlayır. Həkimlərin fikrincə prezident əla fiziki formadadır.

Son xəbərlər

Orphus sistemi