Bakı. 25 iyun. REPORT.AZ/ Amerikanın Qərbi Virciniya ştatında baş verən daşqınlar nəticəsində ölənlərin sayı ən azı 18 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə cümə günü dairə şerifləri və xilasetmə əməliyyatları iştirakçılarına istinadən "Associated Press" məlumat yayıb
Ştat rəhbərliyi təbii fəlakət qurbanlarının sayının artacağından ehtiyatlanır.
***23:53
Amerikanın Qərbi Virciniya ştatında baş verən daşqınlar nəticəsində 14 nəfər həyatını itirib.
"Report" xəbər verir ki, bu barədə cümə günü ştatın qubernatoru Erl Rey Tomblin mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, ştat ərazisində axtarış işləri davam etdirilir. Bundan öncə, Qərbi Virciniya hakimiyyəti dörd nəfərin öldüyünü xəbər vermişdi.
Daşqınlara leysan yağışları səbəb olub.