ABŞ-da atışma zamanı öldürülən 18 nəfərin şəxsiyyəti müəyyənləşib
- 28 oktyabr, 2023
- 01:02
Yeniliklərdən dərhal xəbərdar olun!
ABŞ-ın Men ştatının səlahiyyətliləri Lyuiston şəhərində baş verən atışmada ölənlərin şəxsiyyətini müəyyənləşdiriblər; ən gənc qurbanın 14, ən yaşlısının isə 76 yaşı var idi.
"Report"un məlumatına görə, bunu ştatın İctimai Təhlükəsizlik Departamentinin rəhbəri Maykl Sasçak keçirdiyi mətbuat konfransında deyib.
“18 qurbanın hamısının şəxsiyyəti müəyyən edilib və baş verənlər barədə onların ailələrinə məlumat vermişik”, - o vurğulayıb.
Həmçinin qeyd edilir ki, polis atəş açmaqda şübhəli bilinən Robert Kartın tərk etdiyi avtomobilində tüfəng tapıb. Kartın axtarışı hələ də davam edir və insanlara ayıq-sayıq olmaları tövsiyə olunur.
Xatırladaq ki, oktyabrın 25-də Lyuiston şəhərində boulinq meydançasına və bara gələnlərə odlu silahla hücum nəticəsində 18 nəfər ölüb, daha 13 nəfər yaralanıb.