​ABŞ-da atışma nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

Digər ölkələr
  • 28 fevral, 2016
  • 05:51
​ABŞ-da atışma nəticəsində 1 polis ölüb, 2-si yaralanıb

Bakı. 28 fevral. REPORT.AZ/ ABŞ-ın Virciniya ştatında baş verən atışma nəticəsində üç polis əməkdaşı odlu silah yarası alıb.

"Report" xəbər verir ki, bu barədə Prins-Uilyam dairəsi departamentinin "twitter" səhifəsi məlumat verib.

Aldığı yaralardan polis zabiti Eşli Qindon dünyasını dəyişib, onun həmkarları xəstəxanaya yerləşdirilib. Leyk-Ric adlı yerdə baş verən insidentin səbəbləri hələ açıqlanmır, araşdırma aparılır.

Şübhəli şəxsin saxlanıldığı və onun yaralanmadığı bildirilir.

44 filmi