ABŞ Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərir
Digər ölkələr
- 01 avqust, 2017
- 08:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 1 avqust. REPORT.AZ/ ABŞ Şimali Koreyanın qitələrarası ballistik raket buraxmasına cavab olaraq Cənubi Koreyaya 12 “F-16” qırıcı göndərəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə avqustun 1-də ABŞ Hərbi Hava Qüvvələrinin Sakit Okean üzrə Komandanlığı bildirib.
Təyyarələr və Viskoni ştatında dislokasiya olunan 176-cı qırıcı eskadriliyasının 200-ə yaxın hərbçisi avqustdan başlayaraq 4 ay ərzində Seuldan 180 km aralı Kunsan aviabazasında yerləşdiriləcək.
Qeyd edək ki, bir müddət əvvəl Şimali Koreya qitələrarası “Xvason-14” adlı ballistik raketi uğurla sınaqdan çıxardığı haqqında məlumat yayılıb. Raket 681 km yüksəkliyə qalxaraq 732 km məsafə qət etdikdən sonra Yapon dənizinə düşüb.
Son xəbərlər
09:01
Azərbaycan Basketbol Liqası: III turun daha bir oyunu bu gün keçiriləcək
Futbol
09:00
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (19.10.2026)
Maliyyə
08:46
Braziliyada Flavio Bolsonarunun çirkli pulların yuyulmasında iştirakı araşdırılır
Digər ölkələr
08:18
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur
İnfrastruktur
08:13
Bu gün Nizami rayonunun bəzi ərazilərində işıq olmayacaq
Energetika
07:48
Yaponiyada ABŞ ilə birgə "Keen Sword" təlimləri başlayıb
Digər ölkələr
07:21
Litva qiymətlər və miqrantlara görə sakinlərin xaricə kütləvi axını ilə üzləşib
Digər ölkələr
06:53
İranın XİN başçısı yeni hücum olacağı təqdirdə ABŞ-ni cavab tədbiri ilə hədələyib
Region
06:18
Tədqiqat: Bəzi fabrik məhsulları bağırsaq xərçəngi riskini azalda bilər
Sağlamlıq