ABŞ Boliviyadakı keçmiş səfirinə ittiham irəli sürüb

ABŞ Boliviyadakı keçmiş səfirinə ittiham irəli sürüb ABŞ Ədliyyə Nazirliyi Amerikanın Boliviyadakı keçmiş səfiri Manuel Roçanı federal cinayətlərdə, o cümlədən Kuba hökuməti üçün gizli işləməkdə ittiham edib.
Digər ölkələr
5 Dekabr , 2023 03:47
ABŞ Boliviyadakı keçmiş səfirinə ittiham irəli sürüb

ABŞ Ədliyyə Nazirliyi Amerikanın Boliviyadakı keçmiş səfiri Manuel Roçanı federal cinayətlərdə, o cümlədən Kuba hökuməti üçün gizli işləməkdə ittiham edib.

“Report” xəbər verir ki, bu barədə departamentin saytında dərc olunmuş məlumatda deyilir.

“Federal prokurorlar 1994-1995-ci illərdə Milli Təhlükəsizlik Şurasında və 2000-2002-ci illərdə ABŞ-nin Boliviyadakı səfiri vəzifələrində çalışmış ABŞ Dövlət Departamentinin keçmiş rəsmisi, Florida ştatının Mayami şəhərindən olan 73 yaşlı Viktor Manuel Roçanı çoxsaylı federal cinayətlərdə ittiham edib. O, Kuba Respublikası hökumətinin agenti kimi onilliklər ərzində gizli fəaliyyət göstərib”, - sənəddə qeyd olunub.

Baş prokurorun sözlərinə görə, bu, “xarici agentin Birləşmiş Ştatlar hökumətinə ən böyük və ən davamlı sızmalarından biridir”.

Qeyd edildiyi kimi, Roça 40 ildən çox Kuba hökumətində çalışıb.

Roçanın dekabrın 4-də məhkəmə qarşısına çıxacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi