ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək.
“Report” bu barədə “Bloomberg”ə istinadən xəbər verir.
Qeyd edilir ki, layihəsi ilkin işlənmə mərhələsində olan qətnamədə ölkələrin 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinin təsdiqi nəzərdə tutula bilər. Müqavilə göy cisimlərindən və kosmosdan istənilən növ silahların sınaqdan keçirilməsi, hərbi manevrlər aparılması və ya hərbi bazaların, qurğuların, istehkamların yaradılması üçün istifadəni qadağan edir, lakin kosmosda adi silahların istifadəsini istisna edir.
Bu, həmçinin Yerin orbitində, Ayda və ya hər hansı digər göy cismində və ya kosmosdakı stansiyada nüvə silahlarının və ya hər hansı digər kütləvi qırğın silahlarının yerləşdirilməsinin qadağan edilməsini nəzərdə tutur.
Artıq 110 dövlət müqaviləyə qoşulub, lakin onlardan 23-ü hələ də onun ratifikasiyasını başa çatdırmayıb.