ABŞ Arktikadakı müttəfiqləri ilə qüvvələrin inteqrasiyasına nail olmaq niyyətindədir

ABŞ Arktikadakı müttəfiqləri ilə qüvvələrin inteqrasiyasına nail olmaq niyyətindədir ABŞ strateji təhlükəsizlik məqsədləri üçün Arktikadakı qüvvələrin tərəfdaşları və müttəfiqləri ilə inteqrasiyaya nail olmaq niyyətindədir.
Digər ölkələr
26 İyul , 2024 02:13
ABŞ Arktikadakı müttəfiqləri ilə qüvvələrin inteqrasiyasına nail olmaq niyyətindədir

ABŞ strateji təhlükəsizlik məqsədləri üçün Arktikadakı qüvvələrin tərəfdaşları və müttəfiqləri ilə inteqrasiyaya nail olmaq niyyətindədir.

“Report”un məlumatına görə, bunu ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Çarlz Braun deyib.

“ABŞ-ın gələcəkdə orada hansı imkanlara ehtiyac duyacağını müəyyən etmək üçün Arktikada strateji təhlükəsizlik bu gün diqqətlə nəzərdən keçirilməlidir. İstər Arktika, Hind və Sakit Okean regionlarında, istərsə də Afrikada inkişaf edən təhlükəsizlik çağırışlarına cavab vermək qüvvələrin inteqrasiyasından, həmçinin müttəfiqlər və tərəfdaşlarla sıx əməkdaşlıqdan asılıdır”, - deyə o vurğulayıb.

ABŞ Müdafiə Nazirliyi hesab edir ki, böyük geosiyasi dəyişikliklər Arktikaya yeni strateji yanaşmanın hazırlanması zərurətini yaradır.

Pentaqonun bu cür dəyişikliklərinə Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya daxil olması, Çin və Rusiya arasında əməkdaşlığın gücləndirilməsi və iqlim dəyişikliyinin təsirinin sürətlənməsi daxildir.

Son xəbərlər

Orphus sistemi