ABŞ-da noyabrın 3-də keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Demokratlar Partiyasının namizədi Co Baydenə tomoqrafiyadan sonra ayaq sümüklərinin sınıqları diaqnozu qoyulub.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.
"Kompüter tomoqrafiyası yan və orta sümüklərin sapaoxşar sınıqlarını təsdiq etdi", - müxbirlər həkimdən sitat gətirib.
Xəbərdə vurğulanır ki, Baydenin bir neçə həftə ərzində xüsusi çəkmədə gəzməyə məcbur olacaq.
Qeyd edək ki, Co Bayden iti “Meyjer”lə oynayan zaman sürüşüb və topuğu burxulub. Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib.
ABŞ-da keçirilmiş prezident seçkilərində öz qələbəsini elan etmiş Co Baydenin ayağı burxulub.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ona yaxın jurnalistlər bildirib.
Qeyd edilir ki, hadisə Bayden iti ilə oynayan zaman baş verib.
"Bayden iti “Meyjer”lə oynayan zaman sürüşdü və topuğu burxuldu", - xəbərdə deyilir.
"Ona həkim-ortoped baxıb", - məlumatda qeyd olunur.
Bayden avtomobil kortecinin müşayiəti və jurnalistlərlə həkim-ortopedə gedib. Amma müxbirlər siyasətçinin özünü görməyiblər, çünki onlara mikroavtobusu tərk etməyə icazə verilməyib.
Qeyd edilir ki, Baydenin sağ ayağı dartılıb, onun ayağı yenidən rentgen ediləcək.
ABŞ-da prezident seçkiləri noyabrın 3-də keçirilib. Mətbuatın məlumatına görə, seçkilərdə Bayden qalib olub.
Qeyd edək ki, noyabrın 20-də Baydenin 78 yaşı tamam olub. Yerli mətbuat daha əvvəl Baydenin ev heyvanlarını sevdiyini vurğulayıb. “The New York Times” nəşri bildirib ki, bəzi KİV-lər və siyasi ekspertlər tərəfindən ABŞ prezidenti kimi tanınmış Co Bayden Ağ Evə ev heyvanı ilə birlikdə köçəcək. Bayden hələ seçkiqabağı kampaniya dövründə bildirirdi ki, heyvanları Ağ Evə qaytarmağın vaxtı çatıb.