Kanada parlamenti qarşısında “Xocalıya ədalət” aksiyası keçirilib

Kanada parlamenti qarşısında “Xocalıya ədalət” aksiyası keçirilib Aksiyada türk tələbələr də iştirak edib
Diaspor
23 Fevral , 2015 14:34
Kanada parlamenti qarşısında “Xocalıya ədalət” aksiyası keçirilib

Bakı. 23 fevral. REPORT.AZ/ Kanadadakı Azərbaycan diasporu paytaxt Ottavada Kanada parlamentinin binası qarşısında etiraz aksiyası keçirib. Vaterloo və Toronto Universitetlərində təhsil alan azərbaycanlı tələbələr tərəfindən təşkil olunmuş aksiyada türk tələbələr də iştirak edib. Bu barədə "Report"a Diasporla iş üzrə Dövlət Komitəsi məlumat verib.

Aksiya Xocalı soyqırımı qurbanlarının xatirəsinə bir dəqiqəlik sükut və Azərbaycan himninin oxunması ilə başlayıb. Əllərində Azərbaycan və Türkiyə bayraqları, Xocalı soyqırımının tanınmasına çağırış plakatları tutan tələbələr “Xocalıya ədalət” şüarları səsləndiriblər.

Daha sonra aksiya iştirakçıları Ottavanın küçələri ilə Ermənistan səfirliyinə doğru hərəkət edib. Yürüş boyu gənclər yerli sakinləri məlumatlandırmaq məqsədilə onlara Xocalı faciəsi barədə broşür, jurnal və digər əyani vəsaitlər paylayıblar. Etiraz aksiyası Ermənistan səfirliyinin qarşısında erməni terrorizminə və işğala son qoymağa çağıran şüarların səsləndirilməsi ilə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi