Niderlandda Ermənistanın təxribatlarına etiraz aksiyası keçirilib

Niderlandda Ermənistanın təxribatlarına etiraz aksiyası keçirilib Niderlandda Azərbaycan icması Haaqa şəhərində icazəli piket keçirib.
Diaspor
18 Sentyabr , 2022 21:58
Niderlandda Ermənistanın təxribatlarına etiraz aksiyası keçirilib

Niderlandın Haaqa şəhərində Azərbaycan icması Ermənistanın təxribatlarına etiraz əlaməti olaraq piket keçirib.

Bu barədə “Report”a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilir ki, soydaşlarımız ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı hərbi təxribata, apardığı təcavüzkar siyasətə, Azərbaycan ərazilərində minaların basdırılmasına etiraz edib, itkin düşmüş azərbaycanlıların taleyi ilə bağlı haqq səslərini ucaldıb, Niderland ictimaiyyətinin və siyasi dairələrinin diqqətini bölgədə sülhə mane olan amillərə cəlb ediblər.

Piketdə “Ermənistan, öz qeyri-qanuni qoşunlarını Qarabağdan çıxar!”, “Ermənistan, sülh müqaviləsini imzala!”, “Ermənistan, işğal siyasətini dayandır!”, “Ermənistan, Cənubi Qafqazda üçüncü dövlətlərin maraqlarına xidmət edən siyasət aparma!”, “Ermənistan, regionda kommunikasiyaları bərpa et!”, “Ermənistan, bölgədə təxribatçı olma, hərbi təxribatlarını dayandır!”, “Ermənistan, Naxçıvanın blokadasını dayandır!” şüarları səsləndirilib, plakatlar nümayiş etdirilib.

“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Birliyinin təşəbbüsü ilə baş tutan piketdə Benilüks Azərbaycanlıları Konqresi və Azərbaycan-Niderland “Odlar Yurdu” Cəmiyyəti iştirak edib.

Son xəbərlər

Orphus sistemi