Fuad Muradov Şuşa forumunun iştirakçılarını Xankəndi-Laçın yolundakı aksiya barədə məlumatlandırıb

Fuad Muradov Şuşa forumunun iştirakçılarını Xankəndi-Laçın yolundakı aksiya barədə məlumatlandırıb "Hazırda Azərbaycanın ekofəalları Xankəndi-Laçın yolunda Ermənistanın ekoloji terroruna qarşı aksiya keçirirlər".
Diaspor
21 Dekabr , 2022 14:48
Fuad Muradov Şuşa forumunun iştirakçılarını Xankəndi-Laçın yolundakı aksiya barədə məlumatlandırıb

"Hazırda Azərbaycanın ekofəalları Xankəndi-Laçın yolunda Ermənistanın ekoloji terroruna qarşı dinc aksiya keçirirlər".

"Report"un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov dekabrın 21-də Türk Dövlətləri Təşkilatının (TDT) diaspor məsələlərinə məsul dövlət qurumları rəhbərlərinin forumunda deyib.

"Ermənistan qeyri-qanuni olaraq sərvətlərimizi talamaqla məşğuldur. Dost ölkə təşkilatlarının bu məlumatları bilmələri çox vacibdir", - o vurğulayıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 10 gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.

Son xəbərlər

Orphus sistemi