Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır

Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır Dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan ərazilərində Ermənistanın mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olmasına diqqət cəlb edilib.
Diaspor
20 Sentyabr , 2023 12:01
Dünya mediası ermənilərin Azərbaycana qarşı mina terrorundan yazır

Dünyanın kütləvi informasiya vasitələrində Azərbaycan ərazilərində Ermənistanın mina terrorunun davam etməsi nəticəsində son günlər azərbaycanlı polislərin və mülki şəxslərin həlak olmasına diqqət cəlb edilib.

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İsrailin “Jewish Press”, Fransanın “La Gazette”, Türkiyənin “Didim Postası”, İordaniyanın “Nayrouz.com”, Yaponiyanın “ajmedia.jp”, Gürcüstanın qəzet və portallarında azərbaycanlı polis əməkdaşlarının Əhmədbəyli-Füzuli-Şuşa yolunun Xocavənd rayonu ərazisindən keçən hissəsində qanunsuz erməni silahlı birləşmələrinin təxribat-diversiya qrupu tərəfindən basdırılmış tank əleyhinə minaya düşərək həlak olması haqqında Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı yayılıb.

Nəzərə çatdırılıb ki, rəsmi Bakı erməni diversiya qruplarının Azərbaycan ərazilərində basdırdığı minaların altı azərbaycanlının – dörd polis əməkdaşının və iki mülki şəxsin həlak olmasına səbəb olduğunu bəyan edib. Azərbaycanın hüquq-mühafizə orqanlarının baş vermiş insidenti terror aktı adlandırdığı və Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən terrorçuluq maddəsi üzrə cinayət işi başlandığı vurğulanıb.

Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Qarabağ iqtisadi ərazisindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə ordumuzun sentyabrın 19-da Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Qarabağ bölgəsində antiterror əməliyyatına başladığı bildirilib.

Son xəbərlər

Orphus sistemi