Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərində tədris başlayır

Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərində tədris başlayır Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərində tədris başlayır.
Diaspor
3 Fevral , 2022 16:05
Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərində tədris başlayır

Budapeşt Azərbaycan Evində Azərbaycan və macar dillərində tədris başlayır.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd olunub ki, xaricdə Azərbaycan evlərinin açılması soydaşlarımızın birgə fəaliyyəti, şəbəkələşməsi, azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsi baxımından böyük əhəmiyyət kəsb edir. Bu səbəbdən dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan evlərinin sayı ilbəil artmaqdadır.

Budapeştdə fəaliyyət göstərən Azərbaycan Evi 2019-cu il dekabrın 27-də Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə açılıb.

Zəngin mədəni ənənələrə və çoxəsirlik tarixə malik olan Azərbaycanı xaricdə layiqincə təmsil etmək üçün Budapeşt və ətraf şəhərlərdə yaşayan soydaşlarımız mütəmadi olaraq bu evdə toplaşır, Vətənə dəstək nümayiş etdirir, ölkəmizi xaricilərə tanıdırlar.

Macarıstanda yaşayan həmvətənlərimizin görüş yeri olan Azərbaycan Evində toplaşan gənclər asudə vaxtlarında müxtəlif intelektual oyunlar oynayır, musiqi alətlərində ifa edirlər. Bununla yanaşı, Azərbaycan Evində rəsm, rəqs və musiqi dərnəkləri də təşkil edilib. Bu ildən etibarən isə Azərbaycan və macar dillərinin tədrisinə start veriləcək.

Son xəbərlər

Orphus sistemi