Fuad Muradov Bişkekdə Azərbaycan icması ilə görüş keçirib

Fuad Muradov Bişkekdə Azərbaycan icması ilə görüş keçirib “Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Qırğız Respublikasında yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.
Diaspor
24 Noyabr , 2023 10:58
Fuad Muradov Bişkekdə Azərbaycan icması ilə görüş keçirib

“Heydər Əliyev İli” çərçivəsində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Qırğız Respublikasında yaşayan Azərbaycan icması ilə görüşü keçirilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildiirlib ki, Bişkek şəhərində baş tutan görüşdə Qırğızıstanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş filmin nümayişi ilə davam edib.

Tədbir çərçivəsində Qırğızıstandakı diaspor fəalı Əsəd Həsənovun təltif olunduğu “Diaspor fəaliyyətində xidmətə görə” Azərbaycan Respublikasının medalı ölümündən sonra onun qardaşı oğlu Ələsgər Səfərova təqdim edilib.

Geniş fikir mübadiləsinin aparıldığı tədbir sualların cavablandırılması ilə yekunlaşıb.

Sonra Komitə sədri Bişkek yaxınlığında yerləşən Çuy vilayətinin Sokuluk rayonunun Pervomaysk kəndində yaşayan azərbaycanlı Ələsgər Səfərovun ailəsinin qonağı olub. Komitə sədrinə bildirilib ki, hazırda bu kənddə 26 azərbaycanlı ailəsi yaşayır. Onların əcdadları 1930-cu illərin amansız repressiya illərində Azərbaycanın müxtəlif bölgələrindən Qırğızıstana sürgün olunublar. Qırğızıstanın 90 il ərzində azərbaycanlıların beş nəslinin vətəninə çevrildiyi, “Repressiyaya məruz qalanlara kompensasiya haqqında” qanunu qəbul edən ilk ölkələrdən olduğu, 1933-cü ildə repressiyaya məruz qalan azərbaycanlıların 1956-cı ilə qədər doğulmuş bir çox nəslinin təzminat aldığı bildirilib.

Görüşdə Qırğızıstan-Azərbaycan Dostluq və Əməkdaşlıq Cəmiyyətinin sədri Akif Alaferdov da iştirak edib.

Qeyd edək ki, Qırğızıstanda 2009-cu ilə olan əhalinin siyahıya alınmasına görə, burada azərbaycanlıların sayı 2299 nəfər təşkil edib.

Son xəbərlər

Orphus sistemi