Niderlandda BAK-ın təşəbbüsü ilə Azərbaycan Milli Hökumətinə həsr edilmiş tədbir keçirilib

Niderlandda BAK-ın təşəbbüsü ilə Azərbaycan Milli Hökumətinə həsr edilmiş tədbir keçirilib Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Niderland Krallığının Rotterdam şəhərindəki “Qarabağ” İdman klubunun qərargahında Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci illiyinə həsr olunmuş tədbir keçirilib.
Diaspor
19 Dekabr , 2023 22:05
Niderlandda BAK-ın təşəbbüsü ilə Azərbaycan Milli Hökumətinə həsr edilmiş tədbir keçirilib

Benilüks Azərbaycanlıları Konqresinin (BAK) təşəbbüsü ilə Niderland Krallığının Rotterdam şəhərindəki “Qarabağ” İdman klubunun qərargahında Azərbaycan Milli Hökumətinin yaranmasının 78-ci illiyinə həsr olunmuş tədbir keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Niderlandda fəaliyyət göstərən Azərbaycan, türk təşkilat və icma üzvləri iştirak ediblər.

BAK sədri Elsevər Məmmədov Azərbaycan Milli Hökumətinin xalqımızın tarixində mühüm bir hadisə olduğunu qeyd edib.

Benilüks Azərbaycanlıları Konqresinin Cənubi Azərbaycan üzrə nümayəndəsi Araz Ataxan Milli Hökumətin Baş naziri Seyid Cəfər Pişəvəri və onunla çiyin-çiyinə çalışmış digər ziyalılarımızın həyat və yaradıcılığından, mübarizəsindən danışıb. O, bu hərəkatın yaranma zərurəti və inkişaf mərhələləri barədə tarixi faktları ortaya qoyub. A.Ataxan, eyni zamanda Qacarlar imperiyasının süqutundan günümüzə kimi Azərbaycanın azadlığı və xalqının milli-mədəni hüquqları uğrunda yorulmadan, davamlı olaraq düşmənə qarşı çarpışan şücaətli mübarizlərin başına gətirilən müsibətlərdən də söhbət açıb.

Tədbirdə daha sonra BAK İdarə Heyətinin üzvü, Azərbaycan-Niderland Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişiyev də 44 günlük Vətən müharibəsindən, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağın 30 ildən sonra düşmən işğalından azad olunmasından danışıb.

Xatırladaq ki, Azərbaycan Milli Hökuməti 1945-ci il dekabrın 12-də (İran təqvimi ilə azər ayının 21-də-red.) elan olunub, 1946-cı il dekabrın 11-də isə Məhəmmədrza şah Pəhləvi rejiminin başçılığı ilə xarici qüvvələr tərəfindən dağıdılıb.

Son xəbərlər

Orphus sistemi