Azərbaycanlılar ukraynalı yaralı hərbçilərə humanitar yardım edib

Azərbaycanlılar ukraynalı yaralı hərbçilərə humanitar yardım edib Ukraynada Azərbaycan diasporu Knyaz Lev adına 1 nömrəli Lvov şəhər xəstəxanasında müalicə alan, müharibə şəraitində əlil olmuş hərbçilərə tibbi avadanlıq yardımı göndərib.
Diaspor
1602
2 Avqust , 2021 13:43
Azərbaycanlılar ukraynalı yaralı hərbçilərə humanitar yardım edib

Ukraynada Azərbaycan diasporu Knyaz Lev adına 1 nömrəli Lvov şəhər xəstəxanasında müalicə alan, müharibə şəraitində əlil olmuş hərbçilərə tibbi avadanlıq yardımı göndərib.

Ukrayna Azərbaycanlıları Radasının (UAR) Baş katibi Ceyhun Məmmdov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, Kiyev Azərbaycanlıları Konqresinin (KAK) sədri, UAR-ın həmsədri Oleq Krapivin tərəfindən təşkil edilən humanitar aksiyaya əlil arabaları və bir sıra tibbi ləvazimatlar daxildir.

Vurğulanıb ki, Ukrayna azərbaycanlıları tərəfindən hazırda münaqişə şəraitində yaşayan ölkənin ordusuna və hərbi xəstəxanalarına mütəmadi belə yardımlar təşkil olunur.

Qeyd edək ki, təqdimatda şəhər xəstəxanasının azərbaycanlı baş həkimi Cəvahir Məmmədova, azərbaycanlılardan Teymur Məmmədov və digərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi