Azərbaycan diasporu alman ictimaiyyətinin diqqətini ermənilərin ekoterrorizminə yönəldib

Azərbaycan diasporu alman ictimaiyyətinin diqqətini ermənilərin ekoterrorizminə yönəldib Almaniyada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin ekofəallarının, könüllülərinin və media mənsublarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası ilə bağlı alman ictimaiyyətinə müraciət edib.
Diaspor
16 Dekabr , 2022 15:56
Azərbaycan diasporu alman ictimaiyyətinin diqqətini ermənilərin ekoterrorizminə yönəldib

Almaniyada fəaliyyət göstərən Azərbaycan icması ölkəmizin ekofəallarının, könüllülərinin və media mənsublarının Şuşa-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası ilə bağlı alman ictimaiyyətinə müraciət edib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, Almaniya Azərbaycanlıları Alyansının sədri Nuran Abdullayevin və Alman Azərbaycan Mədəniyyət Evinin sədri, Köln Azərbaycan Evinin rəhbəri Ağa Ağayevin adından alman siyasətçisi, ekologiya, təbiətin mühafizəsi, nüvə reaktorlarının tikintisi və təhlükəsizliyi üzrə sabiq nazir Barbara Ann Hendriksə, ölkənin Ətraf Mühit və Təbiət Federasiyası, Təbiəti Mühafizə İttifaqı, “Robun Vud” təşkilatına və digər qurumlara ünvanlanan müraciətində diqqət Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində erməni ekoterrorizminə və təbii sərvətlərin qeyri-qanuni istismarına cəlb edilib.

Yaranmış mövcud duruma gətirib çıxaran səbəblər barədə ətraflı məlumat verən diapor təşkilatlarının rəhbərləri qeyd ediblər ki, post-müharibə dövründə Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qeyri-qanuni istismarı daha da gücləndirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayona göndərilmiş işçi qrupunun bu ərazidə monitorinq keçirmək cəhdinə isə imkan verilmir.

Azərbaycanlı etirazçıların tələblərinin haqlı olduğunu, ermənilərin ekoterrorizminin bütün regionu təhdid etdiyini vurğulayan diaspor təşkilatlarının rəhbərləri alman siyasətçilərini və təşkilatlarını bu məsələyə adekvat reaksiya göstərməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi