Avstriyada “yay məktəbi”ndə Azərbaycan dili və ədəbiyyatı tədris olunacaq

Avstriyada “yay məktəbi”ndə Azərbaycan dili və ədəbiyyatı tədris olunacaq Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıb.
Diaspor
9 İyul , 2024 00:59
Avstriyada “yay məktəbi”ndə Azərbaycan dili və ədəbiyyatı tədris olunacaq

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Avstriya Respublikasının Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində “Yay məktəbi” fəaliyyətə başlayıb.

Avstriya Azərbaycanlıları Cəmiyyətindən “Report”a verilən məlumata görə, yay tətili boyunca uşaqlar hər gün Salzburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində bu məktəbdən faydalana biləcəklər. Azərbaycan Evinin rəhbəri Fərid Əzizov bildirib ki, məktəbdə mütəmadi olaraq viktorinalar, oxu saatları və sərbəst saatlar təşkil olunacaq.

Yay məktəbində şagirdlərə Azərbaycan dili və ədəbiyyatı, alman dili, riyaziyyat, rəsm dərsləri tədris olunacaq. Yay məktəbinə qoşulan şagirdlər arasında artıq azərbaycanlı uşaqlarla yanaşı, yerli sakinlər də var, bu da öz növbəsində Azərbaycana və məktəbə artan geniş marağa dəlalət edir. Bundan əlavə, “Yay məktəbi”nin təşkilində məqsəd tətillə əlaqədar son tədris ilində şagirdlərin illik qiymətlərində və dərslərində yaranmış zəifliklərin aradan qaldırılması, zəruri bilik və bacarıqların artırılmasıdır.

“Yay məktəbi” ərzində ekskursiyalar, muzey dərsləri, açıq havada məşğələlər və digər öyrədici fəaliyyətlər də nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi