Bakı. 16 iyun. REPORT.AZ/ Almaniyanın Berlin, Drezden, Maqdeburq, Tangerhütte, Zeitz, Leypsiq və başqa şəhərlərində bir neçə gündür Azərbaycan bayrağı dalğalanır.
Soydaşlarımız bu aksiya ilə son günlər Avropa parlamentarilərinin, ümumiyyətlə, Avropa siyasətçiləri və mediasının I Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı qərəzli mövqeyinə öz etirazını bildirir, eyni zamanda "Bakı 2015" oyunlarına dəstək nümayiş etdirir.
Komitənin yaydığı məlumatda qeyd olunub ki, ilk Avropa Oyunları ilə əlaqədar Azərbaycana qarşı bəzi Qərb mətbuatında qarayaxma kampaniyası aparılır: "Erməni diasporunun təsiri altında birləşən anti-Azərbaycan qüvvələri, hətta Avropa Oyunlarını boykot etməyə çağırışlar edirdilər. Lakin Azərbaycanda oduğu kimi, xaricdə, o cümlədən Almaniyada yaşayan soydaşlarımızın da mübarizəsi sayəsində bəzi dairələr öz məqsədlərinə nail ola bilmədi".