Rusiyanın Azərbaycan diasporunun lideri Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın Azərbaycan diasporunun lideri Prezident İlham Əliyevi təbrik edib Rusiyanın Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Diaspor
24 May , 2019 17:41
Rusiyanın Azərbaycan diasporunun lideri Prezident İlham Əliyevi təbrik edib

Rusiyanın Azərbaycan diasporunun lideri, akademik Fazil Qurbanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Report"un məlumatına görə, təbrik mətnində deyilir: 

"Hörmətli cənab Prezident.

Rusiyada yaşayan çoxminlik Azərbaycan diasporu adından və şəxsən öz adımdan Sizə dərin ehtiramımı bildirir və milli bayramımız - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın sosial-siyasi həyatında aparılan əsaslı islahatları, ölkənin iqtisadi potensialının və nüfuzunun artırılması işində qazanılan uğurları məmnunluqla izləyirik.

Əminəm ki, Sizin səyləriniz sayəsində Rusiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq, ənənəvi dostluq əlaqələri xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək.

Bu xoş fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə sülh, firavanlıq və tərəqqi diləyirəm".

Son xəbərlər

Orphus sistemi