London. 17 dekabr. REPORT.AZ/ Böyük Britaniyada yeni yaradılan Azərbaycan Mədəniyyət Mərkəzinin (Azerbaijani Cultural Centre (UK)) təsis iclası keçirilib.
“Report”un Böyük Britaniya bürosu xəbər verir ki, Mərkəzin təsis iclası Azərbaycanın Böyük Britaniyadakı səfirliyində baş tutub.
Tədbirdə səfirliyin əməkdaşları, İngiltərədə yaşayan Azərbaycan ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Tədbirin əvvəlində Mərkəzin gələcək fəaliyyəti haqqında təqdimat nümayiş olunub.
Tədbirdə çıxış edən Azərbaycan Mədəniyyət Mərkəzinin vitse-prezidenti Sevil Aslanova Mərkəzin yaradılmasının əhəmiyyətinə toxunaraq diaspora verdiyi dəstək üçün Azərbaycanın
Mərkəzin prezidenti Hicran Stogden bildirib ki, Mərkəz artıq Böyük Britaniyada qeydiyyatdan keçib. O, azərbaycanlıların bir araya gəlməsi və birlik yaratmağın əhəmiyyətinə toxunub.
Aytən Abbaslı