Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər Bakı. 17 sentyabr. REPORT.AZ/ Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı Varşava Azərbaycanlılar Birliyi, Vrotslav Azərbaycan Cəmiyyəti və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.
Diaspor
17 Sentyabr , 2018 11:29
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Avropada azərbaycanlılar yeni xəbər portalı yaradıblar. Xəbər portalı Polşadakı "Varşava Azərbaycanlılar Birliyi", "Vrotslav Azərbaycan Cəmiyyəti" və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə birgə yaradılıb.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Sayt polyak və Azərbaycan dillərində yayımlanır və “AzPolNews” adlanır (www.azpolnews.pl). Xəbər portalının gələcəkdə ingilis dilində də versiyasının istifadəyə verilməsi nəzərdə tutulub.

Xəbər portalı təkcə Polşa və Azərbaycan arasında deyil, ümumiyyətlə Avropa ilə ölkəmizin əlaqələrinin informasiya mənzərəsini yaratmaq məqsədilə təsis edilib. Bundan sonra Avropada Azərbaycan diasporunun gördüyü işlər, eləcə də Diasporla İş üzrə Dövlət Komitəsinin Avropadakı fəaliyyəti barədə xəbər və reportajları, müfəssəl məlumatı həmin portal vasitəsilə izləmək mümkün olacaq. 

Polşadakı yerli jurunalistlər yeni saytla ciddi əməkdaşlıq edirlər. 

Komitədən bildirilib ki, müxtəlif diaspor təşkilatlarında təmsil olunan azərbaycanlı gənclər, Azərbaycanın Polşadakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi bundan sonra da Avropada informasiya xidmətləri sahəsində yeni birgə layihələrə imza atmaq qərarındadırlar.

Son xəbərlər

Orphus sistemi