Zəfər Günü Tovuz və Gədəbəydə də qeyd olunub

Zəfər Günü Tovuz və Gədəbəydə də qeyd olunub Tovuz və Gədəbəy rayonlarında Zəfər Günü münasibəti ilə tədbirlər keçirilib.
Daxili siyasət
9 Noyabr , 2021 01:04
Zəfər Günü Tovuz və Gədəbəydə də qeyd olunub

Tovuz və Gədəbəy rayonlarında Zəfər Günü münasibəti ilə tədbirlər keçirilib.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, Gədəbəy rayonunda 8 noyabr - Zəfər günü münasibətilə yürüş təşkil olunub. Yürüşdə ictimaiyyət nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, rayon ərazisində yerləşən N saylı hərbi hissənin zabitləri və əsgərləri, şəhid ailələri, qazilər, Vətən Müharibəsi iştirakçıları və rayon sakinləri iştirak ediblər.

Yürüş başa çatdıqdan sonra Heydər Əliyev mərkəzinin qarşısındakı Bayraq Meydanında tədbir keçirilib. Tədbirdə qəhrəman şəhidlərimizin ailə üzvləri və rəsmi şəxslər çıxış edib, fikirləri dinlənilib.

Tədbir sonra Gədəbəy rayon Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.

Zəfər günü Tovuz rayonunda da qeyd edilib. Heydər Əliyev adına Meydanda respublika və rayon incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil olunub.

Konsertdə Zəfər Gününə, Ali Baş Komandana, Ordumuza, Vətənimizə həsr olunmuş mahnılar səsləndirilib. Meydana toplaşan minlərlə rayon sakinləri qazilərin, Vətən müharibəsi iştirakçılarının çıxışlarını və rəqslərini böyük hərarətlə və alqışlarla qarşılayıblar.

Tədbir atəşfəşanlıqla başa çatıb.

Son xəbərlər

Orphus sistemi