Sosial Tədqiqatlar Mərkəzinin sədri vəzifəsi qurumun İdarə Heyətinin üzvü, deputat Elşad Mirbəşiroğluna həvalə edilib.
Bu barədə "Report"a mərkəzdən bildirilib.
Azərbaycan prezidentliyinə namizədliyi qeydə alınan Zahid Oruc Sosial Tədqiqatlar Mərkəzi (STM) İdarə Heyətinin sədri vəzifəsinin icrasını dayandırıb.
Bu barədə "Report"a STM-dən məlumat verilib.
Qeyd olunub ki, Mərkəzi Seçki Komissiyasının yanvarın 6-dakı qərarı ilə 2024-cü il fevralın 7-nə təyin edilən növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Z.Oruc namizəd kimi qeydə alınıb.
Yanvarın 7-dən Seçki Məcəlləsinin 69.2-ci maddəsinin tələbinə uyğun olaraq, Prezident seçkilərində namizədliyi qeydə alınmış Z.Oruc STM İdarə Heyətinin sədri vəzifəsi üzrə xidməti vəzifələrinin icrası ödənişsiz məzuniyyətə göndərilməklə müvəqqəti dayandırıb.
Z.Oruc Seçki Məcəlləsinin 70.1-ci maddəsinə əsaslanaraq və Əmək Məcəlləsinin 130-cu maddəsinə uyğun olaraq qeydə alındığı gündən seçkilərin nəticələrinin rəsmi dərc edildiyi günədək ərizəsində göstərilən müddət üzrə ödənişsiz məzuniyyət götürüb.