Zahid Oruc rəsmən MSK-ya müraciət edib
Daxili siyasət
- 17 dekabr, 2023
- 07:52
7 fevral 2024-cü il tarixində keçiriləcək Azərbaycan Respublikası prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc rəsmən Mərkəzi Seçki Komissiyasına müraciət edib.
"Report" xəbər verir ki, qanunvericiliyə uyğun olaraq, ilkin bildiriş və öhdəlik sənədlərinin tərtibi ilə proseslərə start verilib.
Mərkəzi Seçki Komissiyası sənədlərin qanunlara uyğunluğunu yoxladıqdan sonra namizədliyin müdafiəsi üçün imza vərəqlərinin verilməsini həyata keçirəcək. Namizədin Seçki Qərargahı yaradılaraq, müvafiq Fəaliyyət planının hazırlanması üçün addımlar atılıb. Növbəti görülən işlərə dair mütəmadi qaydada ictimaiyyətə məlumatlar veriləcəkdir.
Son xəbərlər
01:03
Umarali Raxmonaliyev: "Hapoel"ə qarşı əla mübarizə apardıq"
Futbol00:44
AFFA prezidenti "Sabah"ı təbrik edib
Futbol00:36
Neyt Herrinq: İran Trampın kiçik oğlu Berronu öldürməklə təhdid edir
Digər ölkələr00:27
Valdas Dambrauskas: "Sabah" karyeramda çalışdırdığım ən yaxşı komandadır"
Futbol00:20
Ran Kojuk: "Sabah"la oyun asan olmadı"
Futbol00:00
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Daxili siyasət00:00
Bu gün Laçın Şəhəri Günüdür
Daxili siyasət23:55
"Lufthansa" aviaşirkətinin Dehliyə uçan təyyarəsi Bakıda eniş edib
İnfrastruktur23:50