“Çox sevincliyəm. Füzulini tərk edəndə övladlarım balaca idi. İndi artıq nəvələrim, nəticəm var. Artıq gözəl günlər bizi gözləyir”.
Bu sözləri “Report”a müsahibəsində ata-baba yurduna qayıdan Füzuli sakini Rahilə Əliyeva deyib.
Füzuli sakini dövlət başçısı İlham Əliyevə, torpaqlarımızın azadlığı uğrunda döyüşən qəhrəman Vətən oğlanlarına da təşəkkürünü bildirib.
“Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin! Mən qayıtdıqda ilk olaraq öz qohumlarımın məzarını ziyarət edəcəm. 30 ildən sonra insanlar işğaldan azad edilmiş ərazilərə qürurlu şəkildə qayıdır. Orada yaşamağımız üçün gözəl şərait yaradılıb, evlər tikilib. Allah ömür versin 70 yaşımı Füzulidə qeyd edim”, - deyə Rahilə Əliyeva qeyd edib.