YAP Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi mitinqə münasibət bildirib

YAP Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi mitinqə münasibət bildirib “Yenə də mitinqdə kütləvilik təmin olunmamışdı”
Daxili siyasət
10 Mart , 2018 17:09
YAP Milli Şuranın Müsavat Partiyası ilə birgə keçirdiyi mitinqə münasibət bildirib
Report

Bakı. 10 mart. REPORT.AZ/ Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov bu gün Milli Şuranın və Müsavat Partiyasının birgə təşkil etdiyi mitinqə münasibət bildirib.

S.Novruzov “Report”a açıqlamasında deyib ki, bu mitinq bir daha Azərbaycanda demokratik, hüquqi islahatlar həyata keçirildiyini, sərbəst toplaşma azadlığının tam təmin olunduğunu göstərdi: “Mitinq iştirakçılarının təhlükəsizliyi polis tərəfindən qorunurdu. Bu istiqamətdə bütün işlər görülür. Aksiyada eyni adamlar iştirak etdilər, eyni fikirləri də səsləndirdilər. Bundan əvvəlki mitinqdə hansı fikirləri səsləndirirdilərsə, bu mitinqdə də həmin fikirləri səsləndirirdilər. Mitinq iştirakçılarının sayında da dəyişiklik yox idi. Yenə də mitinqdə kütləvilik təmin olunmamışdı, çünki xalqın belə mitinqlərə marağı yoxdur”.

YAP rəsmisi belə mitinqlərin uğursuz olduğunu qeyd edib.

Qeyd edək ki, Bakının Yasamal rayonunda yerləşən İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul" stadionu) keçirilən mitinq Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılıb.

Son xəbərlər

Orphus sistemi