YAP-ın namizəd irəli sürmədiyi dairələr məlum olub - SİYAHI

YAP-ın namizəd irəli sürmədiyi dairələr məlum olub - SİYAHI Partiya 8 seçki dairəsindən namizəd irəli sürməyib
Daxili siyasət
15 Sentyabr , 2015 18:56
YAP-ın namizəd irəli sürmədiyi dairələr məlum olub - SİYAHI

Bakı. 15 sentyabr. REPORT.AZ/ Yeni Azərbaycan Partiyası (YAP) 8 seçki dairəsindən namizəd irəli sürməyib. “Report”un xəbərinə görə, bu sıraya aşağıdakı seçki dairələri daxildir:

3 saylı Babək-Kəngərli Seçki Dairəsi (hazırda bu dairənin deputatı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdir),

7 saylı Ordubad-Culfa Seçki Dairəsi (hazırda bu dairənin deputatı BAXCP sədri Qüdrət Həsənquliyevdir),

50 saylı Qobustan-Xızı-Sumqayıt Seçki Dairəsi (hazırda bu dairənin deputatı xalq artisti Zeynəb Xanlarovadır),

60 saylı Salyan-Neftçala Seçki Dairəsi (hazırda bu dairənin deputatı Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır),

66 saylı Biləsuvar Seçki Dairəsi (hazırda bu dairənin deputatı Azərbaycan Sosial Rifah Partiyasının sədridir Xanhüseyn Kazımlıdır),

93 saylı Bərdə şəhər Seçki Dairəsi (hazırda bu dairənin deputatı Zahid Orucdur),

116 saylı Qəbələ Seçki Dairəsi (hazırda bu dairənin deputatı Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur),

122 saylı Xankəndi Seçki Dairəsi (hazırda bu dairənin deputatı Flora Qasımovadır).

Son xəbərlər

Orphus sistemi