Vəkilliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır

Vəkilliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır Bu gündən vəkillliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna başlanılır.
Daxili siyasət
6 fevral 2025 10:37
Vəkilliyə qəbulla bağlı sənəd qəbuluna başlanılır

Bu gündən vəkilliyə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün elektron sənəd qəbuluna başlanılır.

Bu barədə "Report"a Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından (ARVK) məlumat verilib.

Bildirilib ki, ARVK üzvlüyünə qəbulla bağlı ixtisas imtahanının test mərhələsində iştirak üçün müraciətlər yeni qaydalara uyğun olaraq yalnız elektron formada həyata keçirilir.

Belə ki, müasir imkanlar nəzərə alınmaqla, namizədlərin sənəd qəbuluna çatımlılığının artırılması məqsədilə tətbiq olunan yeni qaydalara əsasən, elektron müraciət üçün Vəkillər Kollegiyasının rəsmi internet səhifəsindən “Vəkilliyə qəbul” bölməsinə daxil olmaqla açılan pəncərədən “Namizəd qeydiyyatı”na keçid edilməlidir.

ARVK ilə Dövlət İmtahan Mərkəzi arasında əldə olunan razılığa əsasən, test imtahanının tarixi ilə əlaqədar əlavə məlumat vəriləcək.

Son xəbərlər

Orphus sistemi