Umud Mirzəyev: "30 il işğal altında qalan ərazilərdə kənd təsərrüfatı üzrə heç bir iş görülməyib"

Daxili siyasət
  • 06 dekabr, 2023
  • 07:51
Umud Mirzəyev: 30 il işğal altında qalan ərazilərdə kənd təsərrüfatı üzrə heç bir iş görülməyib

"30 il işğal altında qalan Azərbaycan ərazilərində kənd təsərrüfatı üzrə heç bir iş görülməyib, əksinə, münbit torpaqlar minalarla çirkləndirilib".

"Report" xəbər verir ki, bunu Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda çıxışında deyib.

O qeyd edib ki, Azərbaycanda ekoloji problemlər keçmiş Qarabağ konfliktindən qaynaqlanır: "Biz son 30 ildə terrorun ən sərt üzünü gördük. İşğal olumuş ərazilərimiz xarabalığa çevrilib, meşələr, talalar qəsdən yandırılıb. Torpaq qatı və ekosistem çirkləndirilib. 30 il işğal altında qalan ərazilərimizdə kənd təsərrüfatı üzrə heç bir iş görülməyib, əksinə, münbit torpaqlar mina ilə çirkləndirilib. Bu, beynəlxalq cinayətdir. Təbiətlə yanaşı, mülki insanlar da zərər görür".

Son xəbərlər

Bütün Xəbər Lenti