Ucarda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Ucarda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib Ucar rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xocalı soyqırımı beynəlxalq cinayət” mövzusunda konfrans keçirilib.
Daxili siyasət
25 Fevral , 2023 22:05
Ucarda Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Ucar rayonunda Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Xocalı soyqırımı - beynəlxalq cinayət” mövzusunda konfrans keçirilib.

Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, konfransda əvvəlcə Xocalı soyqırımını əks etdirən videoçarx nümayiş olunub və Xocalı faciəsinin qurbanları, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə faciə şahidləri, 1992-ci ildən Ucar rayonunda məskunlaşmış Xocalıdan olan ailələr, Vətən müharibəsi şəhidlərinin valideynləri iştirak ediblər.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında bildirib ki, Xocalı soyqırımı tək Azərbaycan deyil, bütün dünya tarixində insanlığa qarşı törədilmiş ən qəddar qırğınlardan biridir.

Qeyd olunub ki, Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olanları ehtiramla yad edir.

Son xəbərlər

Orphus sistemi